"Şalke 04” 18 yaşlı Rabbi Matondo ilə müqavilə bağladığını açıqlayıb.
Uelsli hücumçunun anlaşmasının müddəti 2023-cü ilin 30 iyununa qədər nəzərdə tutulub.
Gənc forvard 14 nömrəli formanı geyinəcək.Matondo Almaniya klubunun mətbuat xidmətinə açıqlama da verib: "Bundesliqa əla turnirdi. Düşünürəm ki, "Şalke”yə keçmək atdığım doğru addımdı. Bura gələnə qədər yeni klubum haqda o qədər də çox bilmirdim. İndi Məsut Özil, İvan Rakitiç və Leroy Zane kimi oyunçuların məhz bu klubda peşəkar inkişafa doğru irəlilədiklərindən xəbərdaram. Bu kollektivin bir parçası olduğum üçün şadam”.
Fanat.Az