Xəzər Xəbər

Ulduz yarımmüdafiəçi "Bavariya"dan niyə gedir?

İdman | 15:51 • 31 Yanvar 2019
Ulduz yarımmüdafiəçi "Bavariya"dan niyə gedir?

Xames Rodriges "Bavariya” rəhbərliyinə komandanı Niko Kovaç çalışdıracağı halda gedəcəyini bildirib.

"Marka” xəbər verir ki, 27 yaşlı kolumbiyalı yenidən xorvat çalışdırıcı ilə mübahisə edib.Bu üzdən münhenlilər Kovaçla yola davam edəcəyi təqdirdə ayrılmağa qərar verib.

"Bavariya” El Bandido (bandit) ləqəbli Xamesi 2017-ci ildə Madrid "Real"ından icarəyə götürüb. Anlaşmanın şərtlərinə görə 2 illik icarə müqaviləsi bitəndən sonra Münhen təmsilçisi futbolçunu birdəfəlik transfer edə bilər.

Rodriges bu mövsüm "Bavariya” forması ilə bütün turnirlərdə 13 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Fanat.Az

Xəbər lenti

Çox oxunanlar