Xəzər Xəbər

Rus futbolçu İstanbul nəhənginə keçir Türkiyəyə uçdu

İdman | 15:02 • 31 Yanvar 2019
Rus futbolçu İstanbul nəhənginə keçir

Rusiya millisinin müdafiəçisi Fyodor Kudryaşov karyerasını "Fənərbaxça”da davam etdirəcək.

Bu barədə sport24.ru məlumat yayıb. Mənbə futbolçunun "Rubin”dən ayrılaraq azad agent qismində bu gün Türkiyəyə yollandığını vurğulayıb.

Tərəflərin bu günlərdə müqavilə imzalaması gözlənilir. Xəbərdə İstanbul klubunun arxa xətt oyunçusu ilə mövsümün sonuna qədər anlaşacağı, yayda sözləşmənin daha 1 illiyə uzadılmasını planlaşdıracağı da qabardılıb.

Fanat.Az

Xəbər lenti