"Fənərbağça" növbəti transferini rəsmiləşdirib.
XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Qalatasaray"dan ayrılan Sərdar Azizlə 3,5 illik müqavilə imzalayıb. 28 yaşlı müdafiəçinin illik maaşı 2 milyon avro olacaq.
Qeyd edək ki, Sərdar Aziz 2016-cı ildə "Bursaspor"dan "Qalatasaray"a 4,5 milyon avroya keçmişdi.