Yanvarın 30-da Futbol üzrə İtaliya kubokunun dörddəbir final mərhələsinin növbəti görüşü keçirilib.
Xezerxeber.az xəbər verir ki, mərhələnin gözlənilməz hesabı "Atalanta” – "Yuventus” oyununda qeydə alınıb. Matçda 0:3 hesabı ilə məğlub olan turinlilər İtaliya kubokunda mübarizəni dayandırıblar. "Atalanta”nın heyətində Tomofi Kastanye (37) və Duvan Zapata (39, 86) fərqləniblər.
Yarımfinalda "Atalanta”nın rəqibi dörddəbir final mərhələsində "Roma”nı 7:1 hesabı ilə darmadağın edən "Fiorentina” olacaq.
Xatırladaq ki, dörddəbir final mərhələsinin yanvarın 29-da keçirilən ilk oyununda "Milan” komandası "Napoli”ni 2:0 hesabı ilə məğlub edib. Dörddəbir final mərhələsinə yanvarın 31-də "İnter” – "Latsio” oyunu ilə yekun vurulacaq.