Xəzər Xəbər

PSJ 400 milyon avroluq futbolçunu almaq istəyir

İdman | 16:55 • 30 Yanvar 2019
PSJ 400 milyon avroluq futbolçunu almaq istəyir

Neymarı 222 milyon avroya heyətinə qataraq transfer rekordu qıran PSJ "Barselona"nın daha bir ulduzuna göz dikib.


İngiltərə mediası xəbər verir ki, Paris klubu Filipe Koutinyonu transfer etmək istəyir.


Fransızların braziliyalı futbolçu üçün yayda "Barselona"ya müraciət edəcəyi deyilir. Koutinyonun müqaviləsindəki sərbəst qalma maddəsi 400 milyon avrodu.


Qeyd edək ki, "Barselona" Koutinyonu 2018-ci ilin qışında "Liverpul"dan 135 milyon avroya alıb. Braziliyalı futbolçu cari mövsümdə oynadığı 29 matçda 6 qol vurub və 5 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti

Çox oxunanlar