Xəzər Xəbər

Ronaldo burnunu sındırdığı qıza öz idman köynəyini bağışlayıb

İdman | 14:54 • 30 Yanvar 2019
Ronaldo burnunu sındırdığı qıza öz idman köynəyini bağışlayıb

İtaliyanın "Yuventus” futbol komandasının hücumçusu Kriştiano Ronaldo azarkeş Yelena Di Martino ilə görüşüb. Xatırladaq ki, "Kyevo” komandası ilə oyundan əvvəl portuqaliyalı matçqabağı hərəkətlər zamanı bilməyərəkdən qızın burnunu sındırıb. Di Martino dərhal xəstəxanaya aparılıb, orada ona yardım göstərilib.


Xezerxeber.az xəbər verir ki, sonradan Di Martino özünün "Facebook” səhifəsində belə bir məlumat yerləşdirib: "Kriştiano Ronaldodan üzə zərbə almaq – bu, hər gün baş verən hadisə deyil. Buna baxmayaraq, mən görüşün tarixini gözləyirəm. O, məni dəvət etməlidir”, - deyə zərərçəkən zarafat edib.


Bu, portuqaliyalının diqqətindən kənarda qalmayıb. K.Ronaldo Di Martinonu "Qoca sinyora”nın bazasına dəvət edərək onunla görüşüb və "Qucaqlayıram” imzası ilə ona idman köynəyini bağışlayıb. Görüşdən xatirə olaraq birgə fotoşəkil də çəkdirilib.

Xəbər lenti