Xəzər Xəbər

Almaniyalı futbolçu Çin klubunda

İdman | 14:25 • 30 Yanvar 2019
Almaniyalı futbolçu Çin klubunda

"Bayern"in hücumçusu Sandro VaqnerÇinin "Tyançsin Teda" klubuna transfer olub.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, Almaniya millisinin üzvü Super Liqa təmsilçisi ilə 2 illik müqavilə bağlayıb. Çin klubu 31 yaşlı hücumçunun keçidi üçün Münhen təmsilçisinə 5 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Vaqner ötən il Almaniya yığmasındakı karyerasını başa vurub. O, 2018-ci ilin yanvarında "Hoffenhaym"dan "Bayern"ə keçmişdi.

Xəbər lenti

Çox oxunanlar