Xəzər Xəbər

Konte Milan təmsilçisini çalışdıracaq

İdman | 18:22 • 29 Yanvar 2019
Konte Milan təmsilçisini çalışdıracaq

Antonio Konte Milan "İnter”ini çalışdıra bilər.

"Calciomercato” portalı xəbər verir ki, 50 yaşlı italiyalı mütəxəssis cari mövsüm başa çatdıqdan sonraLuçano Spallettini əvəzləyəcək. Klub rəhbərliyi "neradzurra"nın Çempionlar Liqasında qrupdan çıxa bilməməsindən və İtaliya A seriyasında çempionluq yarışında lider "Yuventus”dan 19 xal geri qalmasından narazıdı.

Qeyd edək ki, "İnter” XXI turdan sonra40 xalla 3-cü yerdədi. Konte ötən mövsümün sonunda İngiltərənin "Çelsi” komandasından ayrılıb.

Fanat.Az

Xəbər lenti

Çox oxunanlar