PSJ növbəti transferini reallaşdırıb.
XəzərXəbər xəbər verir bu barədə klubun saytı məlumat yayıb. Paris klubu "Zenit"dən Leandro Paredesi transfer edib.
Fransa mətbuatının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi ilə 4.5 illik müqavilə imzalaıb. PSJ-nin onun üçün "Zenit"ə 47 milyon avo təzminat ödəyəcək. Bunun 40 milyon avrosu nağd, 7 milyonu bonus olaraq veriləcək.
Qeyd edək ki, "Zenit"in 2017-ci ildə "Roma"dan 23 milyon avroya aldığı argentinalı futbolçu bu mövsüm 22 matçda 4 qol vurub, 5 qolun ötürməsini verib.