"Sevilya" növbəti keçidini reallaşdırıb.
XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi "Napoli"nin yarımmüdafiəçisi Marko Roqu rənglərinə bağlayıb. 23 yaşlı futbolçu mövsümün sonuna qədər əndəlüsiyalılarda icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, "Napoli" Xorvatiya millisinin üzvünü 2016-cı ildə Zaqreb "Dinamo"sunda 14,5 milyon avroya transfer edib.