"Formula 1” pilotlarının 2019-cu il mövsümü üçün əmək haqlarının məbləği açıqlanıb.
XəzərXəbər xəbər verir ki, bu barədə "F1 WeekEnd” yutub kanalı siyahı hazırlayıb.
"Formula 1” pilotlarının maaşlarının (dollarla) miqdarını təqdim edirik:
1. Luiz Hemilton ("Mercedes”) – 57 milyon
2. Sebastyan Fettel ("Ferrari”) – 45 milyon
3. Daniel Rikkardo ("Renault”) – 17 milyon
4. Maks Ferstappen ("Red Bull”) – 13,5 milyon
5. Valtteri Bottas ("Mercedes”) – 8,5 milyon
6. Kimi Raykkonen ("Sauber”) – 4,5 milyon
7. Niko Hülkenberq ("Renault”) – 4,5 milyon
8. Karlos Sayns ("McLaren”) – 4 milyon
9. Şarl Lekler ("Ferrari”) – 3,5 milyon
10. Serxio Peres ("Racing Point”) – 3,5 milyon
11. Roman Qrojan ("Haas”) – 1,8 milyon
12. Pyer Qasli ("Red Bull”) – 1,4 milyon
13. Lens Stroll ("Racing Point”) – 1,2 milyon
14. Kevin Maqnussen ("Haas”) – 1,2 milyon
15. Robert Kubitsa ("Williams”) – 570 min
16. Daniil Kvyat ("Toro Rosso”) – 300 min
17. Lando Norris ("McLaren”) – 260 min
18. Antonio Covinatsi ("Sauber”) – 230 min
19. Corc Rassell ("Williams”) – 180 min
20. Aleksandr Albon ("Toro Rosso”) – 170 min
Qeyd edək ki, "Formula 1” üzrə 2019-ci il Dünya Çempionatı martın 17-də Avstraliyadakı "Albert Park” trasından start götürəcək. Çempionata dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran Prisi ilə yekun vurulacaq. Azərbaycan Qran Prisi 26-28 aprelə təsadüf edir./publika.az