Yanvarın 28-də futbol üzrə Türkiyə Superliqasının XIX turunda turnir cədvəlində birinci pillədə qərarlaşan "Başakşəhər” komandası doğma meydanda "Kasımpaşa” ilə qarşılaşıb.
"Başakşəhər Fateh Terim” stadionunda baş tutan görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, oyunda qalib meydan sahibləri olub.
Qarşılaşmada hesabı 42-ci dəqiqədə "Başakşəhər”in hücumçusu Edin Visca hesabı açıb. Meydan sahibləri görüşün 84-cü dəqiqəsində hesabı 2-yə çatdırıblar. Oyun elə bu hesabla da bitib.
Bu qalibiyyət sayəsində "Başakşəhər” xallarının sayını 41-ə çatdıraraq turnir cədvəlində öz mövqeyini möhkəmləndirib. "Kasımpaşa” isə 28 xalla 7-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, bu gün oynanılan "Fənərbağça” - "Yeni Malatyaspor” matçında qalib İstanbul təmsilçisi olub – 3:2. Həmçinin "Ankaragücü” və "Alanyaspor” oyununda 0:2 hesab ilə qonaqlar qalib gəlib.
Türkiyə çempionatında 41 xalla "Başakşəhər” komandası hazırda vahid liderdir. Hesabında 35 xalı olan "Qalatasaray” ikinci, 32 xala malik "Yeni Malatyaspor” isə üçüncü yerdədir.