Fransanın PSJ futbol klubunun hücumçusu Neymar UEFA Çempionlar Liqasının səkkizdəbir finalında "Mançester Yunayted” komandası ilə ilk görüşdə meydana çıxmayacaq.
AZƏRTAC Fransa klubunun saytına istinadla xəbər verir ki, 26 yaşlı braziliyalı hücumçu fevralın 12-də "Old Trafford” stadionunda keçiriləcək oyunda zədəsinə görə oyunu azarkeş tribunasından izləyəcək. Klubun həkim heyətinin rəyinə görə, Neymar ayağını çətinliklə işlədir.
Xatırladaq ki, hücumçu yanvarın 23-də Fransa Kubokunun onaltıdabir finalında "Strasburq” (2:0) klubuna qarşı keçirilən oyunda sağ ayağından zədələnib.
Qeyd edək ki, Neymar cari mövsümdə PSJ klubun heyətində keçirdiyi 23 oyunda 20 dəfə rəqib qapıçılarını məyus edib.