Xəzər Xəbər

“Arsenal” daha bir oyunçusunu itirib

İdman | 13:22 • 28 Yanvar 2019
“Arsenal” daha bir oyunçusunu itirib

İngiltərənin "Arsenal” futbol klubu ciddi itki ilə üzləşib. London klubunun müdafiə xəttində Hektor Bellerinin ardınca Sokratis Papastathopoulos zədələnib.


Xezerxeber.az xəbər verir ki, 30 yaşlı yunanıstanlı müdafiəçi İngiltərə kubokunda "Mançester Yunayted” ilə keçirilən görüşün 21-ci dəqiqəsində sol ayağından zədə alıb. Sokratis fevralın sonunadək yaşıl meydanlardan uzaq qalacaq.


Qeyd edək ki, Sokratis cari mövsümdə "Arsenal”da keçirdiyi 27 oyunda 1 qol vurub. Müdafiəçi Yunanıstan millisinin heyətində isə 85 oyunda 3 dəfə rəqib qapısına yol tapıb.

Xəbər lenti