Yanvarın 27-də futbol üzrə Türkiyə Superliqasının XIX turunda turnir cədvəlində beşinci pillədə qərarlaşan "Trabzonspor” komandası səfərdə "Sivasspor” ilə qarşılaşıb.
Xezerxeber.az xəbər verir ki, "Yeni Sivas 4 Eylül” stadionunda baş tutan görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, oyunda qalib müəyyənləşməyib.
Oyunda 73-cü dəqiqədə "Sivasspor”un hücumçusu Arouna Kone hesabı açıb. Lakin qonaqlar 2 dəqiqə sonra Abdulqadir Parmakın vurduğu qolla hesabı bərabərləşdirə biliblər.
Bu bərabərlik sayəsində "Trabzonspor” xallarının sayını 30-a çatdıraraq turnir cədvəlində beşinci pilləyə yüksəlib. İstanbul təmsilçisi lider "Başakşəhər”lə arasındakı xal fərqini səkkizə salıb.
Qeyd edək ki, ötən gün oynanılan "Konyaspor”-"Antalyaspor” matçında qalib Konya təmsilçisi olub - 2:0. Həmçinin "Akhisar Bələdiyəspor”la oyunda "Rizespor” 3:1 hesabla qalib gəlib.
Xatırladaq ki, yanvarın 25-də "Ərzurumspor”la heç-heçə edən İstanbulun "Beşiktaş” komandası da çempionatda xal itirib - 1:1.
Türkiyə çempionatında 38 xalla "Başakşəhər” komandası hazırda vahid liderdir. Hesabında 35 xalı olan "Qalatasaray” ikinci, 32 xala malik "Yeni Malatyaspor” turnir cədvəlində üçüncü yeri tutur.