Xəzər Xəbər

“Zirə” 3-cü qalibiyyətini qazanıb

İdman | 11:03 • 27 Yanvar 2019
“Zirə” 3-cü qalibiyyətini qazanıb

"Zirə" futbol klubu Türkiyənin Antalya şəhərində son yoldaşlıq oyunu keçirib.


Xezerxeber.az xəbər verir ki, Samir Abbasovun yetirmələri Rusiyanın "Tambov" klubu ilə qarşılaşıb. Güclü dolu yağması səbəbindən oyunun başlama vaxtı və yeri dəyişdirilib. Belə ki, Bakı vaxtı ilə 18:00-da başlayacaq görüş yarım saat sonra start götürüb. Görüş "Zirə” klubunun xeyrinə başa çatıb - 2:0. Oyunda qolları 42-ci dəqiqədə Həmdi, 54-cü dəqiqədə isə Santa vurub.


Qeyd edək ki, "Zirə" klubu Antalyada keçirilən digər iki oyunda da qələbə qazanıb. Bu oyunlar Rumıniyanın "Voluntari" (1: 0) və Macarıstanın "Paks" (1: 0) klublarına qarşı olub.

Xəbər lenti