Yanvarın 26-da İtaliya A Seriyasında 21-ci turun mərkəzi qarşılaşması keçirilib.
Xezerxeber.az xəbər verir ki, "San Siro" stadionunda baş tutan oyunda meydan sahibi "Milan" turnir cədvəlində ikinci yerdə qərarlaşan "Napoli"ni qəbul edib. Gərgin idman şəraitində keçən qarşılaşmada hesab açılmayıb. Matçın 92-ci dəqiqəsində qonaqların yarımmüdafiəçisi Fabian Ruiz ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Bu oyundan sonra xalların sayını 35-ə çatdıran "Milan" dördüncü, "Napoli" isə 48 xalla ikinci yerdə qərarlaşıb.
Oyunda "Milan" klubunun icraçı direktoru İvan Qazidis klubun əfsanəvi oyunçusu Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevcenkoni meydana dəvət edib. Sabiq futbolçu azarkeşləri salamlayaraq klub tərəfindən fəxri mükafat alıb.
Turun açılış günündə növbəti oyunlar keçirilib:
"Sassuolo"-"Kalyari" - 3:0;
"Sampdoriya"-"Udineze" - 4:0.