Xəzər Xəbər

Messi milliyə QAYIDIR

İdman | 14:57 • 26 Yanvar 2019
Messi milliyə

Lionel Messi martın 22-də Argentina və Venesuela milli komandaları arasında keçiriləcək oyununda iştirak edə bilər.

31 yaşlı hücumçunun milli komandaya qayıtması ehtimalı ilə əlaqədar Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia ilə müzakirələr aparılıb.

Messi Rusiyada keçirilən dünya çempionatının səkkizdəbir finalında komandasının Fransa millisinə məğlub olmasından sonra millinin heyətində çıxış etməyəcəyini açıqlamışdı. Hücumçu birinci dəfə 2016-cı ildə Çili millisinə qarşı oyundan sonrada karyerasını bitirəcəyini bildirmişdi.

O, milli komandanın heyətində keçirdiyi 128 oyunda 65 qol vurub.

Xəbər lenti

Çox oxunanlar