PSJ yarımmüdafiə xəttinə yeni futbolçu alıb.
XəzərXəbər "RMC Sport"a istinadən xəbər verir ki, Paris klubu "Zenit"in futbolçusu Leandro Paredesi transfer edib. Bu keçid paytaxttəmsilçisinə 45 milyon avroya başa gəlib. Argentina millisinin üzvüylə 4,5 illik müqavilə bağlanıb.
Qeyd edək ki, "Zenit" 24 yaşlı yarımmüdafiəçini 2017-ci ildə "Roma"dan 23 milyon avroya transfer etmişdi.