Xəzər Xəbər

"Türk Messi" üçüncü dəfə komandadan qovuldu

İdman | 14:28 • 25 Yanvar 2019
"Türk Messi" üçüncü dəfə komandadan qovuldu

Türkiyə millisinin futbolçusu Əmrə Mor "Selta"nın əsas komandasından uzaqlaşdırılıb.

XəzərXəbər "Faro de Vigo"ya istinadən xəbər verir ki, buna onun intizamsız hərəkətləri səbəb olub. Komandanın baş məşqçisi Migel Kardosonu boğaza yığan, komanda yoldaşları ilə yola getməyən "Türk Messi" ləqəbli futbolçu transferə çıxarılsa da, ona yiyə durmaq istəyən komanda tapılmır. Səbiri tükənən baş məşqçi intizamsız hərəkətlərinə görə Əmrəni üçüncü dəfə heyətdən uzaqlaşdırıb.

21 yaşlı vinqer daha öncə də komandadan bir neçə dəfə uzaqlaşdırılıb. O, Dortmund "Borussiya"sında olan zaman Tomas Tuheli də bezdirmişdi. İstedadlı futbolçu kimi qələmə verilən oyunçu Türkiyə millisində bir neçə dəfə Fatih Terimin qərarlarına sərt şəkildə etiraz etmişdi.

XəbərdəƏmrəpul hərisi adlandırılıb və xarakterinə görə böyük futbolçu olmayacağıvurğulanıb.

Qeyd edək ki, "Selta" türkiyəli oyunçunu 2017-ci ildə 14 milyon avroya "Borussiya"dan almışdı. Gözləntiləri verməyən futbolçucari mövsüm La Liqada cəmi 7 oyun keçirib./Sportal.az


Xəbər lenti