"Arsenal" mövsümün sonunda karyerasını başa vuracağını açıqlayan Petr Çexə əvəzləyici axtarmağa başlayıb.
"Topçular" "Sampdoria"da çıxış edən Eml Auderonu hədəfə alıb. London təmsilçisi 22 yaşlı qapıçının müqavilə ilə məxsus olduğu "Yuventus"a təklif göndərəcək.
Qeyd edək ki, İndoneziya əsilli qolkiper İtaliyanın aşağı yaş qruplarından ibarət yığmalarında çıxış edib. Audero "Yuventus"un yetirməsidir. O, cari mövsüm "Sampdoria"nın heyətində Seriya A-da 8 oyun keçirib.