"Everton" əsas heyətdə özünə yer edə bilməyən Türkiyə millisinin üzvü Cenk Tosun klubunu dəyişə bilər.
XəzərXəbər "BBC Sport"a istinadən xəbər verir ki, Premyer Liqanın digər klubunu "Kristal Pelas" 27 yaşlı forvardı icarəyə götürmək istəyir. Oumar Niasseni "Kardiff Siti"yə icarəyə verən Liverpul təmsilçisi Tosunu da mövsümün sonuna qədər göndərmək fikrindədir. "Everton" iki fayda verməyən hücumçularn əvəzinə "Çelsi"dən Mişi Batşuayini heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Everton" ötən ilin əvvəlində Tosunu 24+4 milyon avroya "Beşiktaş"dan transfer etmişdi. O, cari mövsüm 19 oyuna 2 qol vurub.