"Milan" "Çelsi"yə üz tutan Qonsalo İquainin boşluğunu doldurub.
XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" "Cenoa"dan Kşiştoş Pyonteki 35 milyon avro qarşılığında transfer edib. Polşa millisinin üzvü ilə 4,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 23 yaşlı hücumçu cari mövsüm 23 oyuna 20 qol vurub.