"Barselona” "Ayaks”ınfutbolçusu Frenki de Yonqu transfer edib.
Katoloniya təmsilçisi 21 yaşlı yarımmüdafiəçiilə 5 illik müqavilə bağlayıb. Bu "Barselona"ya 75+11 milyon avroya başa gəlib.Futbolçunun illik maaşı 16 milyon avro olacaq. 21 yaşlı futbolçu yeni klubuna yayda qoşulacaq.
De Yonq daha öncə "Villem II" və "Valveyk"in akademiyasında olub. Buna görə də "Ayaks" "Villem II" klubuna 7 milyon, "Valveyk"ə isə 4 milyon avro ödəyib.
Qeyd edək ki, Hollandiya millisinin üzvü "Villem II” klubunun yetirməsidir. O, 2015-ci ildən Amsterdam klubunda çıxış edir.