Sentyabrın 23-də Bakı İdman Sarayında futzal üzrə Azərbaycan və Qazaxıstan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.
Xezerxeber.az AFFA-ya istinadən xəbər verir ki, qarşılaşmanı FIFA referiləri Elçin Səmədli, Yusif Nurullayev və Ramil Namazov idarə edəcəklər.