Bakıdakı Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatının ilk gününün yarımfinalçıları müəyyənləşib.
129 ölkədən 800-dən çox cüdoçunun mübarizə apardığı çempionatda kişilər arasında 60 kiloqram çəki dərəcəsində finala gedən yolda gürcüstanlı Amiran Papinaşvili Rusiya təmsilçisi Robert Mşvidobadze ilə, yaponiyalı idmançılar - Naohisa Takato və Ryuju Naqayama üz-üzə gələcəklər.
Qadınlar arasında 48 kiloqram çəkidə yarımfinal mərhələsində ukraynalı Daria Bilodid argentinalı Paula Pareto ilə, Yaponiya təmsilçisi Funa Tonaki isə Monqolustan idmançısı Urantsetseq Munxbat ilə qarşılaşacaq.