Xəzər Xəbər

FİFA-dan ŞOK CƏZA: Futboldan ömürlük uzaqlaşdırıldılar

İdman | 10:48 • 20 Sentyabr 2018
FİFA-dan ŞOK CƏZA:

FİFA üç vəzifəli şəxsi ömürlük futbol fəaliyyətindən kənarlaşdırılıb.

XəzərXəbər xəbər verir ki, bu qərar qurumda korrupsiyaya dair araşdırmalar nəticəsində verilib.

Qərara əsasən, Şimali Amerika Futbol Liqası Direktorlar Şurasının keçmiş sədri Aaron Davidson, Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələri Konfederasiyasının (CONCACAF) keçmiş attaşesi Kostas Takkas, sabiq idman marketinqi məsləhətçisi Migel Truxilyo bir daha futbol fəaliyyəti ilə məşğul ola bilməyəcəklər.

Eyni zamanda onlar 1 milyon İsveçrə frankı məbləğində cərimələniblər.

Qeyd edək ki, hər üç şəxs FİFA-da da təmsil olunurlarmış.

Xəbər lenti