"İlk oyunumuza
çıxacağıq. Çox böyük təcrübəyə malik komandaya qarşı oynayacağıq.
Problemlərimiz var, ancaq bu oyuna pis hazırlaşmamışıq. Rəqibi yaxşı
tanıyırıq"
XəzərXəbər xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa
Liqasının qrup mərhələsinin 1-ci turunda "Sportinq"lə səfər oyunu öncəsi
mətbuat konfransında deyib.
Q.Qurbanov hesab edir ki, sabah hər birimiz üçün maraqlı oyun olacaq:
"Üstünlük "Sportinq”dədir. Öz meydanlarında oynayırlar. Onlar evdə çox
aqressiv oynayırlar, hücumda olmağı xoşlayırlar. Ağır olacağını bilirik.
Hər bir halda, rəqibi yaxından tanımışıq, düşünürəm ki, futbolçular
meydanda əlindən gələni edəcəklər".
Baş məşqçi bildirib ki, belə turnirlərdə iştirak etmək ölkəmizin tanınması üçün böyük addımdır.
"10
ildir ki, bu komandadayam. Bu günə kimi məsuliyyətli olmağa çalışmışam.
Qarabağ adını, nələr ifadə etdiyini, bu bölgənin başına nələr gəldiyini
dərk etmək lazımdır. Belə turnirlərdə iştirak etmək ölkəmizin tanınması
üçün böyük addımdır. Klub çalışmalıdır ki, daim stabil çıxış etsin.
Məmnunam ki, bu klubdayam. Bu adın Azərbaycana aid olduğunu tanıtmaq
üçün əlimizdə böyük şans var. Bundan yararlanmağa çalışırıq. Bir neçə
ölkədə olmuşuq. Bundan sonra daha çox məlumatlı olublar, biliblər ki,
Qarabağ Azərbaycanın bölgəsidir", - Q.Qurbanov deyib.