"Milan"da çıxış edən Türkiyə millisinin üzvü Halan Çalhanoğlunun İtaliya A Seriyasının 4-cü turunda "Kalyari" ilə səfər görüşündə barmağı qırılıb.
Bu səbəbdən də yarımmüdafiəçi 73-cü dəqiqədə yerini Samu Kastilyexoya verib. Futbolçunun Avropa Liqasında "Düdelanj"la matçda meydana çıxmayacağı dəqiqləşib.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi 2017-ci ildən "Milan"da oynayır.