Xəzər Xəbər

Mövsümün ən yaxşı göstəricisi: 4 min 600 azarkeş

İdman | 13:48 • 17 Sentyabr 2018
Mövsümün ən yaxşı göstəricisi: 4 min 600 azarkeş

Topaz Premyer Liqasında 4-cü turunda qeydə alınan azarkeş sayı bəlli olub.

XəzərXəbər xəbər verir ki, turun ilk görüşü "Azesun Arena"da "Qarabağ" və "Sumqayıt" arasında baş tutub. Bu qarşılaşmanı stadionda 1600 nəfər izləyib.

"Bayıl Arena"da baş tutan "Səbail" "Zirə" matçında 500, "Əlincə Arena"da reallaşan "Sabah" - "Qəbələ" qarşılaşmasında isə 1200 azarkeş qeydə alınıb.

"Bakcell Arena"da keçirilən "Neftçi" - "Keşlə" qarşılaşmasını isə 1300min azarkeş stadiondan izləyib.

Beləliklə, 3-cü turda 4 min 600 azarkeş qeydə alınıb. Bu da hər oyuna 1150 fanat deməkdir. Bu nəticə hələ ki, mövsümün ən yaxşı göstəricisidir. Ən yaxşı göstərici III turda qeydə alınmışdı. Həmin turda ümumilikdə 4 min 450 fanat qeydə alınmışdı.

Xəbər lenti

Çox oxunanlar