Kuboka qələbə ilə başlamaq vacib idi.
Qələbəyə layiq idik. Daha çox qol vura bilərdik. Futbolçularımın
oyunundan razıyam".
Qol.az-ın xəbərinə görə, bu sözləri Avropa Liqasının
qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sportinq"in baş məşqçisi Joze
Pezeiru Portuqaliya kubokunun ilk turunda "Maritimo"ya qalib
gəldikləri oyundan (3:1) sonra deyib.
58 yaşlı portuqaliyalı mütəxəssis Avropa Liqasının qrup mərhələsində
"Qarabağ”la keçiriləcək görüş barədə də danışıb. O, bu matçın
vacibliyini vurğulayıb: "Maritimo" ilə oyunda qələbə ilə yanaşı, meydana
az çıxan futbolçulardan istifadə etmək də vacib idi. Komandada rəqabəti
artırmalıyıq. Çünki Avropa Liqasında vacib oyunumuz var”.
Xatırladaq ki, "Sportinq” – "Qarabağ” oyunu sentyabrın 20-də Lissabonda keçiriləcək.