"Bavariya”nın "Bayer”i (Leverkuzen) 3:1 hesabı ilə məğlub etdiyi oyunda fransalı futbolçusu Korentin Tolisso zədələnib.
Qarşılaşmanın 10-cu dəqiqəsində "Bavariya”nın ilk qolunu vuran Tolisso, 42-ci dəqiqədə zədələnərək, meydanı tərk etmək məcburiyyətində qalıb. "Bild”də yer alan xəbərə görə, 24 yaşlı yarımmüdafiəçi əməliyyat olunacaq və 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
Oyunun 82-cü dəqiqəsində zədələnən Rafinyanın isə ən azı 3 həftə oynamayacağı bildirilir.