Mayaminin "İnter” futbol klubunun sahibi Devid Bekhem komandası üçün potensial ulduzları aramaqda davam edir.
XəzərXəbər Oxu.Az-a istinadən xəbər verir ki, daha öncə əfsanəvi britaniyalı Kriştianu Ronaldo ilə müqavilə bağlamaq əzmində olduğunu bildirmişdi. İndi isə növbəti hədəf Lionel Messidir.
Bekhem hesab edir ki, aregentinalı artıq 2020-ci ildə MLS-də çıxış edə bilər.
Mətbuat isə Messinin ABŞ-da top qovmaq perspektivlərini yüksək dəyərləndirir. Belə ki, 2020-ci ildə hücumçunun artıq 33 yaşı olacaq.
Onun Argentina millisi ilə yaşadığı problemləri nəzərə alaraq, futbolçunun vətənə dönmək istəməyəcəyi aydındır.
Karyerasının sonunu ABŞ-da keçirmək isə Messi üçün ən sərfəli variant ola bilər.