Fransa millisinin sabiq qapıçısı Sebastyan Frey "Yuventus"dan PSJ-yə transfer olan Canluici Buffonla bağlı açıqlama verib.
38 yaşlı keçmiş qolkiper Buffonun Paris klubuna keçməsini yanlış hesab edib:
"PSJ-nin və Buffonun düşüncəsinibaşa düşmürəm. PSJ Alfons Areolya kimi qapıçısı ola-ola Buffonu niyə alır ki? Buffonahər zaman çox hörmət etmişəm. Tarix yazdı, amma onun yerində olsaydım, futbolu "Yuventus"da bitirərdim".
Qeyd edək ki, Frey "Kan", "İnter", "Parma", "Fionretina", "Cenoa" və "Bursaspor" kimi klublarda çıxış edib.