Xəzər Xəbər

İtaliya klubunun 3 xalı silindi

İdman | 16:21 • 13 Sentyabr 2018
İtaliya klubunun 3 xalı silindi

İtaliya A Seriyasında mübarizə aparan "Kyevo" cəzalanıb.

XəzərXəbər xəbər verir ki, klubun 3 xalı silib və 200 min avro cərimə edilib. Buna səbəb "Kyevo"nun saxtakarlıq etməsi olub. Klub transferlərdə vergidən yayınmaq üçün daha az məbləğ ödədiyi barədə federasiyaya məlumat verib və A Seriyada oynamaq üçün lisenziya alıb.Lakin araşdırmalarda klubun saxtakarlıq etdiyini üzə çıxarıb. Federasiyanın hüquq işləri ilə məşğul olan şəxslər 15 xalın silinməsini düşünsələr də, danışıqlardan sonra cəza 3 xal kimi götürülüb.

Federasiya klub başqanı Luka Kampedelliyə 3 ay stadiona girişə qadağa qoyub.

Xəbər lenti

Çox oxunanlar