Bu il futbol klubları yay transfer pəncərəsində 5.44 milyard dollar xərcləyərək yeni rekord müəyyənləşdirib.
XəzərXəbər FİFA-ya istinadən xəbər verir ki, yayda dünyada 8401 transfer reallaşdırılıb. Futbol klubları ötən il isə 7590 transferə 4.71 milyard dollar xərcləyiblər.
Avropanın 5 aparıcı çempionatının (İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniya) klubları transfer bazarında ümumi dövriyyənin 77.5 faizini təşkil edib. Bu liqalardakı komandalar, ümumilikdə, transferlərə 4.21 milyard ödəyiblər. Bu rəqəm ötən il 3.67 milyard dollar idi.
Qeyd edək ki, yay transfer pəncərəsi iyunun 1-də açılıb və sentyabrın 1-də bağlanılıb.