Xəzər Xəbər

Naomi Osaka “Adidas” şirkəti ilə ən bahalı müqavilə imzalayacaq

İdman | 13:36 • 13 Sentyabr 2018
Naomi Osaka “Adidas” şirkəti ilə ən bahalı müqavilə imzalayacaq

"US Open 2018” turnirinin qalibi yaponiyalı tennisçi Naomi Osaka "Adidas” şirkəti ilə müqavilə imzalayacaq.


Müqavilənin imzalanması ilin sonunadək nəzərdə tutulur. Müqavilənin şərtlərinə əsasən, 20 yaşlı yaponiyalı qadın tennisçilər arasında ən bahalı razılaşma əldə edəcək və ildə 8,5 milyon dollar qazanacaq.


Bundan əlavə, Naomi Osakanın agentləri onun sentyabrın 13-də məşhur beynəlxalq avtomobil şirkətlərindən biri ilə də müqavilə imzalayacağını bildiriblər. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar