Belarusun Brest
şəhərində keçirilən gömrük xidmətləri arasında futzal üzrə 12-ci açıq
birincilikdə Azərbaycan gömrükçüləri növbəti görüşünü bu gün Ermənistan
komandasına qarşı keçirib.
XəzərXəbər xəbər verir ki, ölkəmizi yarışda təmsil edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası rəqibə 4:0 hesabı ilə qalib gəlib.
Ramazan
Ağayev, Kamil Hacıyev, Orxan Məmmədov, Cavid Xəlilov, İlqar İsmayılov
və Rahil Tahirlidən ibarət start heyətlə meydana çıxan komandamız
turnirdə ilk qələbəsini qazanıb. Gömrükçülərimiz növbəti görüşünü
sentyabrın 14-də Belarus komandasına qarşı keçirəcək.
Qeyd edək
ki, turnirə 5 ölkə – Azərbaycan, Rusiya, Belarus, Ukrayna və Ermənistan
komandaları qatılıblar. Brest şəhəri isə yerli komanda ilə təmsil
olunur.