"Tottenhem"in kapitanı Uqo Lloris Londonda alkoqollu şəkildə maşını idarə etməyinə görə cəzalanıb.
Ötən ay polis tərəfindən saxlanılan qapıçı məhkəmə qarşısına çıxıb. 31 yaşlı qapıçı limitdən 2 dəfə çox spirtli içki qəbul etdiyi üçün 20 aylıq maşın sürməmək cəzası alıb. Fransa millisinin üzvü 50 min funt-sterlinq cərimə edilib.
Qeyd edək ki, dünya çempionu 2012-ci ildən "Tottenhem"də çıxış edir.