Xəzər Xəbər

"Arsenal"ın əfsanəsi: "Qarabağ" qrupdan çıxa bilər"

İdman | 16:02 • 12 Sentyabr 2018
"Arsenal"ın əfsanəsi: "Qarabağ" qrupdan çıxa bilər"

"Əvvəlcə minnətdaram ki, məni yada saldınız. Azərbaycan təmsilçisinin Böyük Britaniyada meydana çıxmasına görə çox şadam".

XəzərXəbər xəbər verir ki, bu sözləri "Arsenal"ın əfsanəvi futbolçusu, bir zamanlar "Qəbələ"də baş məşqçi olmuş Toni Adams deyib. İngiltərəli mütəxsis UEFA Avropa Liqasında Azərbaycan təmsilçisi "Qarabağ"ın "Arsenal", "Sportinq" və "Vorskla" ilə qərarlaşdığı qrupu dəyərləndirib. Ölkəmizi sevdiyini deyən mütəxəssis "Qarabağ"ın qrupdan çıxa biləcəyini bildirib: "Mən "Arsenal"ı da, Azərbaycanı da sevirəm. Futbolda möcüzələr olur. Bu, çətin qrupdur. "Qarabağ" qrupdan çıxa bilər. Bu niyə də baş verməsin?"

İngiltərə millisinin sabiq üzvü "Arsenal"ın Bakıda keçirəcəyi matç üçün ölkəmizə gələ bilmək ehtimalının az olduğunu deyib: "Bakıda matça baxacağımı dəqiq bilmirəm. Təəssüf ki, bu, baş verməyə bilər".

Əfsanəvi futbolçu sonda "Qəbələ"dəki günlərini xatırlayıb və Azərbaycan üçün darıxdığını deyib: "Qəbələ"də olduğum günlər gözəl idi. Orada mənim gözəl insanlarla münasibətim var. Təbii ki, ölkəniz üçün darıxmışam. Bir daha minnətdaram". (Futbol11.az)

Xəbər lenti

Çox oxunanlar