Peru millisinin hücumçusu Paolo Gerreronun qanında qadağan edilmiş preparat tapıldığıüçün FİFA tərəfindən cəzalandırılıb.
33 yaşlı futbolçu 1 il müddətinə futboldan uzaqlaşdırılıb. Peru milli komandasının bombardiri Rusiyada keçiriləcək dünya çempionatındakomandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Gerrero"Bavariya”,"Hamburq”, "Korintians” və son olaraq "Flamenqo”da çıxış edib.