Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 170 m² olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə, dam örtüyü 40 m² sahədə və dam örtüyünün şüşə pambıq üzlüyü 60 m² sahədə yanıb.
Xezerxeber.az bildirir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.