Xəzər Xəbər

Xaçmazda mağaza və evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Hadisə | 09:14 • 25 Mart 2025
Xaçmazda mağaza və evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayon ərazisindəki evlərin birindən və mağazadan oğurluq etməkdə şübhəli bilinən N.İsgəndərov saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Həmin şəxs məişət əşyaları, təmir alətləri, tütün məmulatları və pul oğurlayıb. O, zərərçəkmişlərə ümumilikdə 16 min manat məbləğində ziyan vurub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.İsgəndərovun barəsində həbs qətimkan tədbiri seçilib.

 
 

Rubrikanın digər xəbərləri

Xəbər lenti