Xəzər Xəbər

Kürdəmir sakinini qatar vuraraq öldürüb

Hadisə | 10:34
Kürdəmir sakinini qatar vuraraq öldürüb

Martın 12-də saat 19:00 radələrində Kürdəmir rayonu, Qarabucaq kəndi yaxınlığında qəflətən bir nəfər kişi Bakı-Ağstafa istiqamətində hərəkət edən sürətli sərnişin qatarının qarşısına çıxıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Xezerxeber.az-a verilən məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub, həmin şəxs aldığı xəsarətdən dünyasını dəyişib.

ADY bir daha insanlara çağırış edərək onları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırıb.

Xəbər lenti