Xəzər Xəbər

Sürücünü hədələyib pulunu ələ keçirən şəxslər tutulublar FOTO

Hadisə | 17:45 • 10 Fevral 2025
Sürücünü hədələyib pulunu ələ keçirən şəxslər tutulublar

Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər saxlanılıb.

Xezerxeber.az DİN-ə istinadən xəbər verir ki, fevralın 7-si gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində 30 yaşlı bir kişiyə qarşı quldurluq cinayəti törədilib.

Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi “JEEP” markalı avtomobildə əyləşən şəxslər onu kəsici-deşici alətlə hədələyərək 235 manat pulunu və mobil telefonunu ələ keçiriblər. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərin gedişi çərçivəsində hadisə baş verən ərazidə təhlükəsizlik kameralarının görüntüləri təhlil edilib. Nəticədə, quldurluq əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı Emil Abbaszadə, 24 yaşlı Rauf Salmanzadə, 24 yaşlı Tural Eyvazov və 23 yaşlı Mirsaleh Həsənov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Rubrikanın digər xəbərləri

Qəbələdə yaşayış binasında
Qəbələdə yaşayış binasında Yanğın
09:40 • 15 Mart 2025
"Boranı" restoranında
"Boranı" restoranında yanğın
10:26 • 14 Mart 2025
Sarayda dəm qazından boğulma
Sarayda dəm qazından boğulma
09:44 • 14 Mart 2025
Dumanlı hava davam edir
Dumanlı hava davam edir AÇIQLAMA
10:27 • 12 Mart 2025
Gəncədə döl ölü doğulub
Gəncədə döl ölü doğulub
14:41 • 9 Mart 2025
Lerikdə
Lerikdə Zəlzələ
09:08 • 9 Mart 2025

Xəbər lenti