Xəzər Xəbər

Qətllə bağlı cinayət işi başlanıb

Hadisə | 16:25 • 29 Yanvar 2025
Qətllə bağlı cinayət işi başlanıb

Yanvarın 28-də Babək rayon sakini 1976-cı il təvəllüdlü Fərzalı Behbudovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Xezerxeber.az-a bildirilib ki, araşdırma zamanı 1965-ci il təvəllüdlü Rəhman Bayramovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Fərzalı Behbudova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Babək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhman Bayramov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Xəbər lenti