Yanvarın 1-də saat 06 radələrində Oğuz rayonunun Kərimli kəndi ərazisində 1976-cı il təvəllüdlü Qalib Hüseynov naməlum avtomobillə vurulub və aldığı xəsarətlərdən xəstəxanada ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21012” markalı avtomobilin sürücüsü Tural Abdullayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.