Xəzər Xəbər

Aktauda qəzaya uğrayan AZAL təyyarəsində 29 nəfər sağ qalıb - SON MƏLUMAT YENİLƏNİR

Hadisə | 13:40 • 25 Dekabr 2024
Aktauda qəzaya uğrayan AZAL təyyarəsində 29 nəfər sağ qalıb - SON MƏLUMAT

Aktauda təyyarə qəzasından sağ çıxan 29 nəfər xəstəxanaya aparılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Qazaxıstan FHN-in Operativ Qərargahı məlumat yayıb

12:43

Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 27 nəfər xəstəxanaya yerləşdirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Halllar Nazirliyindən bildirilib.

Xəsarət alanlardan 3-ü uşaqdır.

12:13

Aktau yaxınlığında təyyarə qəzasından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib.

Xezerxeber.az xəbər verir ki, Qazaxıstan FHN məlumatı təsdiqləyib.

11:59

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatına görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.

"Kazinform"un məlumatına görə, AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğradığı yerdən 12 nəfər müxtəlif xəsarətlərlə Manqistau vilayət xəstəxanasına çatdırılıb.

11.35

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Qazaxıstan KİV xəbər verir ki, bu barədə təcili xidmət orqanları məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 10 nəfər sağ qalıb.

Qazaxıstan KİV-nin yaydığı məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.

Qeyd edilib ki, baş verən yanğın söndürülüb.

11:08

Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Xəbər yenilənir

Xəbər lenti