"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb".
Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək. (apa)
17:19
Tovuzda zəhərlənmə hadisəsi baş verib.
Xezerxeber.az-ın məlumatına görə, rayonda yerləşən Tovuz Peşə Təhsili Mərkəzində qeydə alınıb. Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlar tortdan zəhərlənib.